UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Arsenal" səfərdə "Atletiko" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, oyun öncəsi keçirilən mətbuat konfransında "topçular"ın baş məşqçisi Mikel Arteta və kapitan Martin Odeqard iddialı fikirlər səsləndiriblər.
Hər iki şəxs komandanın tarixi uğura imza atmaq üçün əla fürsət yaxaladığını vurğulayıb.
Arteta matç öncəsi bunları deyib:
"Bu mərhələyə çatmaq üçün çox çalışmışıq. İndi fürsət qarşıdadır və biz onu dəyərləndirməliyik. Məqsədimiz qalib olmaqdır".
Odeqard isə komandanın motivasiyasını vurğulayıb:
"Biz hazırda ən yüksək səviyyədəyik. Belə matçlardan zövq almalıyıq. Tarix yazmaq üçün böyük şansımız var".
Qeyd edək ki, Arsenal son illərdə Avropada irəliləyiş göstərsə də, hələ də böyük titulu yoxdur. Klub sonuncu dəfə 2006-cı ildə finala yüksəlmişdi və bu mövsüm ikinci dəfə ardıcıl yarımfinala çıxıb.