İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb. Sport24.az xəbər verri ki, akademik avarçəkmə üzrə təşkil olunan "Paolo d"Aloja" xatirə turnirində komandamız iki medal qazanıb.
Nurlan Paşayev-Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.