Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

 

Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

 

Kişilər 

-60 kq
Murad Muradlı

-66 kq
Nizami İmranov
İslam Rəhimov

-73 kq
Rəşid Məmmədəliyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov