Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboyda qərb bölgəsindən olan məşqçilər üçün I dan dərəcəsi üzrə seminar və imtahan keçirilib. Sport24.az xəbər verir ki,tədris prosesinə ümumilikdə 27 məşqçi cəlb olunub.

 

Seminarlara ACF-in təhsil ekspertləri Rafiq Nəcəfov, İsmayıl Rzayev, İbrahim Aslanov və Natiq Qurbanlı rəhbərlik edib.

 

Məşğələlər çərçivəsində iştirakçılara "nage-no-kata" istiqamətində nəzəri və praktik biliklər təqdim olunub, bacarıqlarının inkişafı təmin edilib.


Yekunda imtahanı uğurla başa vuran məşqçilərə I dan dərəcəsi təqdim olunub.