"Real" bu yay Dani Sebalyosun başqa komandaya keçidinə razıdır. Sport24.az xəbər verir ki, ispan daha çox oyun praktikası qazanacağı komandaya transfer olmaq istəyir.
Sebalyosun Niderlanda yollanmaq ehtimalı yüksəkdir. Belə ki, "Ayaks" 29 yaşlı yarımmüdafiəçi üçün "Real"a təklif göndərib.
"Real"la müqavilə müddəti 2027-ci il iyunun 30-a qədər olan futbolçu özü isə "Betis"ə qayıtmağı üstün tutaraq Madriddən ayrılmaq istəyir.
Sebalyos "Betis"in yetirməsidir və "Arsenal"da da çıxış edib.