Misli Premyer Liqasının 29-cu turunda 14 nəfər cəzalıdır. Sport24.az-ın məlumatına görə, bunlardan 8-i futbolçudur. 

 

6 mütəxəssis də cəza səbəbindən texniki zonada əyləşə bilməyəcək. Bunlar "Qarabağ"ın köməkçi məşqçiləri Müşfiq Hüseynovla Zaur Tağızadə, "Sabah"ın məşqçisi Valerio Zuddas, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub, onun köməkçisi Dmitro Kara Mustafa və "Zirə"nin məşqçisi Ağabala Ramazanovdur. 

 

Futbolçulardan isə "Turan Tovuz"dan Emmanuel Hakman, Joarlem Santos, "Karvan-Yevlax"da n Eltun Turabov, "Kəpəz"dən Mahamadu Ba, "Qəbələ"dən Adriel Ba Loua, "Neftçi"dən Breno Almeyda, "Sabah"dan Abdullah Xalbulayev və Stiv Solvet meydana çıxa bilməyəcəklər.

 

Qeyd edək ki, 29-cu tura aprelin 25-də start veriləcək.