Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda Arıyan Tsyutrini (UWW), Cəbrayıl Hacıyev (79 kq) isə Aksarbek Qulayevi (Slovakiya) məğlub edib.
Bazarqanov final yolunda Gürcüstanı təmsil edən Roberti Dinqaşvili, Hacıyev isə Maqamedxabib Kadimaqamedov (UWW) ilə qarşılaşacaq.