Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə türkiyəli Murat Fırata qalib gəlib.


Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olub.