Aprelin 12-də Türkiyənin Antalya şəhərində güləş üzrə "Zəfər Kuboku"na start verilib. Sport24.az xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.

 

Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.


Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) qızıl medala yiyələnib.