Bu gün keçiriləcək bir oyunla Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir.

 

Bu oyundan sonra ikinci finalçının adı müəyyənləşəcək. Komandalar arasında baş tutan ilk görüşdə qalib müəyyənləşməyib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, dünən artıq həlledici matçda meydana çıxacaq bir komandanın adı bəlli olub. İki oyunun nəticəsinə görə, "Turan Tovuz"u mübarizədən kənarlaşdıran "Zirə" tarixində üçüncü dəfə finala vəsiqə qazanıb.

 

Bizon Azərbaycan Kuboku

1/2 final mərhələsi, cavab oyunu

20:00. "Sabah" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Masazır. "Bank Respublika Arena".