"Feyenoord"un vingeri Rahim Sterlinq cari mövsümün sonunda klubdan ayrılacaq. Sport24.az "Mail" nəşrinə istinadən xəbər verir ki, Niderland klubu futbolçu ilə müqaviləni yeniləməyəcək. t

 

"Çelsi" və İngiltərə millisinin sabiq oyunçusu bu ilin fevral ayında "Feyenoord"a qoşulub və mövsümün sonuna qədər qısamüddətli müqavilə imzalayıb.

 

O, Rotterdam klubunda cəmi altı oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Robin van Persinin rəhbərlik etdiyi "Feyenoord" 30 turdan sonra Erediviziyada 55 xalla ikinci yerdədir.