"Barselona"nın keçmiş oyunçusu Rafael Markes 2026-cı il dünya çempionatından sonra Meksika millisinin baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 47 yaşlı mütəxəssisin müqaviləsi 2030-cu ilə qədərdir. Markes hazırda millidə Xavyer Agirrenin köməkçilərindən biridir.

 

Qeyd edək ki, Markes məşqçilik karyerasına "Barselona"da başlayıb. O, futbolçu karyerası ərzində Avropa və Meksika klublarında, o cümlədən "Monako" və "Nyu-York Red Bulls"da oynayıb. O, milli komanda ilə Konfederasiyalar Kubokunu və iki dəfə KONKAKAF Qızıl Kubokunu qazanıb.