Azərbaycan atleti İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Sport24.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan İsa birdən qaldırma hərəkətində gostərdiyi 147 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Təkanla qaldırma hərəkətində 180 kq çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub. Təmsilçimiz toplamda 327 kq göstərici ilə yarışı 4-cü yerdə bitirib.