AFFA U-14 Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, 1/8 final mərhələsinində üz-üzə gələcək cütlüklər müəyyənləşib.
Püşk nəticəsində komandaların 1/4 və yarımfinal mərhələlərindəki potensial rəqibləri də dəqiqləşib.
1/8 final mərhələsinin cütlükləri:
"Neftçi" - "Araz Saatlı"
"Qarabağ" - "Baku Sportinq"
"UGİM Naxçıvan" - "Şamaxı"
"Astara" - "Ulduz" FA
"Metak" - "Gəncə"
"Turan Tovuz" - "Qəbələ"
"Sumqayıt" - "Şimal" RFF
"Sabah" - "Sumqayıt City"
Mərhələnin ilk oyunları aprelin 25-26-da, cavab görüşləri isə ayın 28-29-da baş tutacaq.