"Vest Hem"in vitse-prezidenti Karren Bredi 16 il sonra vəzifəsindən istefa verib. Sport24.az xəbər verir ki, bu haqda klub rəsmisi özü açıqlama yayıb.

 

Karren Bredinin gedişi London klubundakı uzun bir dövrə son qoyub. Bu müddət ərzində Bredi "Vest Hem"in transformasiyasında və strateji infrastrukturunun inkişafında əsas rol oynayıb.

 

O, vida bəyanatında klubda işləməyin karyerasının və həyatının vacib bir hissəsinə çevrildiyini qeyd edib.

 

Karen Bredi kluba 2010-cu ildə qoşulmuşdu.