"Mundo Deportivo"nun məlumatına görə, "Barselona" "El-Klassiko"da üzərində amerikalı müğənni Olivia Rodriqonun loqotipi olan formanı geyinəcək.

 

Kataloniya komandası reklam kampaniyasına başlamağa hazırlaşır. Olivia Rodriqo "Barselona"nın musiqi xidməti "Spotify" ilə əməkdaşlığı çərçivəsində hazırlanmış formanın təqdimatı üçün fotosessiyada iştirak edib. Müğənni həmçinin "Kamp Nou"da "Real"a qarşı keçiriləcək oyuna da qatıla bilər.

 

"Barselona"nın "Real" ilə oyunu mayın 10-da "Kamp Nou"da keçiriləcək.