"Napoli" futbolçusu Romelu Lukakunu cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Hücumçu klubun daxili qaydalarını pozduğu üçün 150 min avro məbləğində cərimələnib.
Lukaku ötən ay milli komandaların oyunlarına görə yaranan fasilədə Belçikaya gedib və orda fərdi məşqlər edib. Klub onu geri çağırsa da, o, vaxtında İtaliyaya dönməyib.
Lukaku bu mövsüm A Seriyasında 5 oyunda 1 qol vurub. Onun yayda klubdan ayrılacağı gözlənilir.