"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda bilər. Sport24.az xəbər verir ki, "Nyukasl" və "Aston Villa" braziliyalı futbolçunun xidmətində maraqlıdır.

 

Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

 

Hər iki klubun nümayəndələri aprelin 26-da "Fənərbaxça" ilə keçiriləcək matçda Saranı tribunadan izləyəcəklər. İstanbul nəhəngi 26 yaşlı oyunçunu 30 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.


Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.