"Mançester Yunayted" yaxın günlərdə "Palmeyras"ın 16 yaşlı hücumçusu Eduardo Konseysao üçün 40 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar"dan əlavə, PSJ, "Barselona", "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" də onu yaxından izləyir. "Palmeyras" isə hücumçunun transferi üçün ən azı 50 milyon avro istəyir.
Qeyd edək ki, Konseysao yalnız 18 yaşı tamam olanda, yəni 2027-ci ilin dekabrında Braziliya klubundan ayrıla biləcək. Onun hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədərdir. 16 yaşlı hücumçunun sərbəst qalma məbləği 100 milyon avrodur.