"Brayton"la oyundan öncə "Çelsi"nin heyəti mediaya ötürülüb. Sport24. az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Öz mini-araşdırmasını aparan qəzetinin məlumatına görə, "Brayton"la uğursuz oyundan bir neçə saat əvvəl @Rileyeagles adlı istifadəçi internetdə bir tvit yayıb: "Palmer və Joao Pedro bu gün zədələniblər. Budur eksklüziv." Bu oyunçular həqiqətən də "Brayton"la oyunu buraxıblar.

 

Britaniya tabloidi iddia edir ki, istifadəçi "Çelsi"nin müdafiəçisi Mark Kukurellanın bərbəridir. O, uzun saçlı və elektrikli ülgüclə çəkdirdiyi şəklini paylaşaraq buna işarə edib.

 

Bu cür sızmalar komandanın PSJ ilə Çempionlar Liqasının həlledici oyunlarından əvvəl də olmuşdu. Matçdan öncə start heyətlərinin mətbuata çıxması "Çelsi"nin daxilində qalmaqala səbəb olmuşdu. Bundan sonra baş məşqçi Liam Rosenior klubdakı "göstəbəyin" aşkarlandığını bildirmişdi. 

Çelsi PSJ ilə oyunlarda, eləcə də 21 apreldə Braytonla oyunda (0:3) uduzub.