Misli Premyer Liqasında 28-ci turun rəmzi komandası müəyyənləşib. Sport24.az-ın məlumatına görə, "11-lik"də 3-5-2 taktiki sxemindən istifadə edilib.

"Sabah", "Qarabağ" və "Neftçi"dən bir, "Turan Tovuz"dan üç oyunçu komandada yer alıb.

Qapıçı: Stas Pokatilov ("Sabah")

Müdafiəçilər: Seydina Keyta ("Qəbələ"), Azər Salahlı ("İmişli"), Emin Rüstəmov ("Karvan-Yevlax".

Yarımmüdafiəçilər: Alexandro Serrano, Xorxe Silva (hər ikisi "Turan Tovuz"), Leandro Andrade ("Qarabağ"), Adriel Ba Loua ("Qəbələ"), Aleksa Yankoviç ("Sumqayıt").

Hücumçular: İmad Faraj ("Neftçi"), Jo Batista ("Turan Tovuz").