"Çelsi" Premyer Liqanın 34-cü turunda "Brayton"a 0-3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, London klubu ardıcıl beşinci oyunda uduzmaqla yanaşı, rəqib qapısına yol tapa bilməyib.
"Çelsi" əvvəlki turlarda "Mançester Yunayted"ə (0-1), "Mançester Siti"yə (0-3), "Everton"a (0-3) və "Nyukasl"a (0-1) yenilib.
"Çelsi"nin ardıcıl beş Premyer Liqa oyununda uduzması sonuncu dəfə 1993-cü ilin noyabrında baş vermişdi. Sonuncu dəfə 1912-ci ildə isə beş ardıcıl oyunda qol vura bilməmişdi.
Qeyd edək ki, "Çelsi" hazırda 48 xalla turnir cədvəlində yeddinci yerdədir.