"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Yuventus"da çıxış edən Tyon Koopmeynersdir.

 

Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

 

"Sarı-qırmızılar" niderlandlı futbolçu üçün İtaliya klubuna 30 milyon avro ödəməyə hazırdır. 28 dayaq yarımmüdafiəçisi ilə "Mançester Yunayted" də maraqlanır.

 

Qeyd edək ki, Tyon Koopmeyners bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 1 məəhsuldar ötürmə ilə yadda qalıb. Niderlnad millisinin üzvünün klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.