Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Mirel Radoi çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Rumıniyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, 45 yaşlı məşqçinin son iş yeri ölkəsində FKSB olub. O, ötən gün Buxarest klubundan ayrılıb.