"Real"ın baş məşqçisi Alvaro Arbeloa hücumçu Vinisius Juniorun klubdakı taleyindən danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis braziliyalı hücumçunun Madrid təmsilçisində qalmalı olduğunu deyib:

 

"Vinisiusla yeni müqavilə? Prosesin nə yerdə olduğunu bilmirəm. Amma o, "Real"da qalmalıdır. Azarkeşlər Vinisiusu çox sevir".

 

Vinisius bu mövsüm 48 oyunda 18 qol vurub, 14 məhsuldar ötürmə edib.