AFFA U-10 Liqasında çıxış edən "Karvan-Yevlax" yarışdan kənarlaşdırılıb, baş məşqçi altı ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

Bildirilib ki, U-10 Liqasında iştirak edən "Karvan-Yexlax" SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb və bölgə təmsilçisi yarışlardan kənarlaşdırılıb.

 

Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib.