"Sabah" futbolçusu İqor Noqeyra ilə danışıqlara start verib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Misli Premyer Liqasının lideri 31 yaşlı müdafiəçinin müqaviləsini yeniləmək niyyətindədir.
Hazırda tərəflər yeni sözləşmənin şərtlərini müzakirə edirlər.
Braziliyalı oyunçuya ölkəsindən və Səudiyyə Ərəbistanından da təkliflər var. Noqeyra isə "Sabah"da qalmağa müsbət yanaşır. Danışıqların hansı nəticə verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, 2024-cü ildən "Sabah"ın formasını geyinən müdafiəçi cari mövsüm Misli Premyer Liqasında 22 oyunda 2 qol vurub. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.