Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanova iıə qarşılaşıb.
Qurbanova 7:5 hesabı ilə qalib gələrək, bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.