"Fənərbağça"nın zədəli futbolçusu Marko Asensio sağalıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi komanda ilə məşqlərə qoşulub.

 

Asensio zədə səbəbindən "Fənərbağça"nın son 4 oyununu buraxıb.

 

İstanbul klubu Super Liqada aprelin 26-da "Qalatasaray"ın qonağı olacaq.