"Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola "Çelsi"nin baş məşqçisi Liam Rosenyorla vidalaşmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis "Xtra" portalına açıqlamasında bunları deyib:
"Təəssüf edirəm. Əminəm ki, o, çox yaxşı məşqçidir. Belə xəbərləri hər dəfə eşidəndə düşünürəm ki, bu klubda çalışdığım üçün nə qədər şanslıyam.
10 il əvvəl rəhbərlik mənə etimad göstərməsəydi, indi burada olmazdım. Həqiqətən də bu, inanılmazdır. Rəhbərliyin dəstəyini hiss etmək isə çox dəyərlidir".