"Yuventus" "Atalanta"nın müdafiəçisi Lorenso Bernaskoni ilə maraqlanır. Sport24.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubunun skautları onun İtaliya Kuboku çərçivəsində "Latsio"ya qarşı (1-1, penaltilər seriyasında 1-2) oyundakı performansını izləyiblər.

 

22 yaşlı Bernaskoni "Atalanta"nın akademiyasının yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Daha əvvəl "Atalanta" müdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzatmağa razı olduğu bildirilmişdi.

 

Qeyd edək ki, Bernaskoni bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.