"İnter" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmaq üçün danışıqlarda irəliləyiş əldə edib. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq klub nümayəndələri ilə oyunçu arasında görüş olub. 

 

Çalhanoğlunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Nerazzurri" ona daha bir il uzatmaq şərti ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə təklif edib. 

 

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm klubun heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.