Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü Nihat Məmmədli (60 kq) təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, bürünc medal qazanan idmançı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:
"Bu, artıq Avropa çempionatlarında qazandığım dördüncü medalımdır və buna görə şükür edirəm. Əlbəttə, qızıl medalla qayıtmaq istərdim. Daha əvvəl iki dəfə Avropa çempionu olmuşam, amma bəzə hər şey istədiyin kimi alınmır.
Səhvi başqalarında axtarmıram. Bu yarışa qədər çox yaxşı təlim-məşq toplanışları keçmişdik və komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Bundan sonra isə daha yaxşı hazırlaşıb, əlimdən gələni edəcəyəm ki, yenidən çempion olum".