Belçikalı futbolçu Jorti Mokio "Ayaks"la müqaviləsini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

 

Mokio klubla sözləşmədən sonra ailəsi ilə münasibətlərini pozub. Bu barədə "Voetbal İnternational" nəşri məlumat yayıb. Mokio bundan öncə qazancının hamısının valideynləri tərəfindən alınmasına görə ailəsindən imtina edib. Futbolçunun artıq sevgilisi ilə ayrı yaşadığı bildirilir.

 

Mokio bu mövsüm 22 oyunda 2 qol vurub.