İkinci divizion komandası olan "Torreense" Portuqaliya kubokunun finalına vəsiqə qazandı. Sport24.az xəbər verir ki, əsası 1917-ci ildə qoyulan komanda yarımfinalda üçüncü divizion təmsilçisi "Fafe"ni mübarizədən kənarlaşdıraraq həlledici oyuna vəsiqə qazanıb.

 

Bununla da "Torreense" 70 ildən Portuqaliya Kubokunun finalına yüksəlib.1956-cı ildəki finalda Porto"ya 0:2 hesabı ilə uduzublar. Bu dəfə isə finalda onların rəqibi "Sportinq" olacaq.

 

Qeyd edək ki, "Torreense" hazırda ikinci divizionda üçüncü yerdədir. Komanda sonuncu dəfə yüksək liqada 1991/92 mövsümündə çıxış edib.