Mahaçqala "Dinamo"sunun yarımmüdafiəçisi Məhəmməd Cavad Hüseynnejad Azərbaycan klublarının maraq dairəsinə düşdüyü barədə xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Championat"a açıqlama verib:
"Cari mövsümdən sonra hazırkı müqaviləmin daha bir ili qalıb. Mən tamamilə qarşıdakı matçlara diqqət yetirirəm. Qarşıda çox vacib oyunlar var və mövsümün sonu bizim üçün vacibdir. Mən tamamilə buna diqqət yetirirəm. Amma heç kim mənimlə şəxsən danışmayıb".
22 yaşlı iranlı futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 26 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bir neçə gün öncə "Legalbet" portalı futbolçunun "Neftçi" və "Qarabağ"ın maraq dairəsinə düşdüyü barədə xəbər yaymışdı.