Edin Terziç yaxın günlərdə "Atletik"in "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Atletik" klubu baş məşqçi postu üçün 43 yaşlı mütəxəssislə şifahi razılıq əldə edib. Bask təmsilçisi müqavilənin qısa müddət ərzində rəsmiləşdirilməsini planlaşdırır.
Qeyd edək ki, Terziç son olaraq Dortmund "Borussiya"sını çalışdırıb və komandanı Çempionlar Liqasının finalına qədər yüksəltməyi bacarıb.