İtaliyanın "Milan" klubunun portuqaliyalı ulduzu Rafael Leao yay "transfer pəncərəsi"nin ən çox danışılan simalarından biri olmağa namizəddir. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı vinger Avropanın bir neçə nəhəng klubunun transfer siyahısına düşüb. İngiltərə Premyer Liqasının təmsilçiləri "Mançester Yunayted", "Mançester Siti" və "Liverpul" ilə yanaşı, İspaniya nəhəngi "Real" da futbolçunun xidmətində maraqlıdır.
"Milan" rəhbərliyi maliyyə balansını tənzimləmək və yeni transferlər üçün büdcə formalaşdırmaq məqsədilə Leaonun satışına müsbət yanaşır. "Rosseneri" rəhbərliyi portuqaliya futbolçu üçün təxminən 60 milyon avro tələb edir.
Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"nın heyətində 27 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.