"Milan" yay "transfer pəncərəsi" üçün planlarını müəyyənləşdirib. İtaliya nəhəngi heyəti gücləndirmək üçün büdcə yaratmaq məqsədilə bir neçə əsas oyunçusu ilə yolları ayırmağı hədəfləyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Milan" rəhbərliyi yeni transferlərə büdcə yaratmaq üçün Pervis Estupinyan, Ruben Loftus-Çik, Rafael Leao və Kristofer Nkunku kimi oyunçuların satışını müzakirə edir. Klub xüsusilə Leaonun satışından böyük gəlir əldə etməyi və performansından razı qalmadığı futbolçularla yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, "Milan"ın əsas məqsədi oyunçu satışlarından maksimum gəlir əldə etmək və eyni zamanda maliyyə baxımından zərərə düşməməkdir. Klub həmçinin Çempionlar Liqasına vəsiqə sayəsində əldə olunacaq gəlirlərə də ümid edir.