Fransalı hücumçu Kərim Benzema sabiq klubu "Lion"a qayıtmayacaq. Sport24.az xəbər verir ki, "Əl İttihad"da çıxış edən forvard bununla bağlı sosial şəbəkədə qatıldığı canlı yayımda bildirib.
O, futbolçu kimi Fransa klubuna dönməyəcəyini qeyd edib.
Benzema 2005-2009-cu illərdə "Lion"da forma geyinib. O, daha sonra "Real", "Əl Hilal" kimi klublarda da çıxış edib.