Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, turnir aprelin 27-də Bakı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

 

Tamaşaçılar üçün arenaya giriş sərbəst olacaq.