Aprelin 30-da U-14 və U-17 yeniyetmələr arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Qeyd edək ki, turnir Cəbrayıl rayonunun Horovlu kəndində baş tutacaq.