"Qalatasaray" baş məşqçisi Okan Burukla müqaviləni uzatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Super Liqa təmsilçisinin rəhbərliyi mütəxəssisin işindən razıdır və ona yeni – iki illik sözləşmə təklif etməyə hazırlaşır.
"Qalatasaray" çempionatda 74 xalla liderdir və ən yaxın izləyicisi "Fənərbağça"nı 7 xal qabaqlayır.
Okan 2022-ci ildən "Qalatasaray"a rəhbərlik edir. O, bu dövrdə 3 dəfə Super Liqanın, 1 dəfə ölkə kubokunun qalibi olub.