Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu baş tutacaq. Sport24.az xəbər verir ki, Madrid "Atletiko"su "doğma divarlar" arasında "Arsenal" ilə üz-üzə gələcək. 

 

Oyunun start fiti saat 23:00-da səslənəcək. Tərəflər arasında cavab görüşü isə mayın 5-də keçiriləcək. 

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda PSJ öz meydanında "Bavariya"nı 5:4 hesabı ilə məğlub edib.