Azərbaycan millisinin sabiq futbolçusu Filip Ozobiç mövsümün sonunda "Turan Tovuz"dan ayrıla bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
35 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayında Qərb təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Xorvatiya əsilli futbolçu komandada qalmaq niyyətindədir. Lakin onun gələcəyi ilə bağlı yekun qərarı klub rəhbərliyi verəcək.
Baş məşqçi Kurban Berdıyev növbəti mövsümdə daha iddialı komanda formalaşdırmaq üçün heyətin gücləndirilməsini istəyib.
Hazırda tərəflər arasında danışıqlar davam edir. "Boz qurdlar" Ozobiçi heyətdə saxlasa belə, həmin mövqeyə daha bir futbolçu transfer etməyi planlaşdırır. Bu halda təcrübəli yarımmüdafiəçi əsasən rotasiya oyunçusu rolunda çıxış edə bilər.
Qeyd edək ki, Filip Ozobiç cari mövsüm Misli Premyer Liqasında 26 oyunda (1451 dəqiqə) iştirak edib və 5 qol vurub. O, Azərbaycan Kubokunda isə 3 matçda (114 dəqiqə) meydanda olub.