PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının birinci yarımfinalında "Bavariya" ilə keçirilən və 9 qolun vurulduğu qarşılaşamanı (5:4) karyerasının ən yaddaqalan hadisəsi adlandırıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis matçın keyfiyyəti haqqında yüksək fikirlər səsləndirib:

 

"Heç şübhəsiz ki, bu, məşqçi kimi karyeramda ən yaxşı oyun idi. İndiyədək futbol meydanında belə intensivlik və fiziki hazırlıq səviyyəsi görməmişdim. Hamını təbrik etməliyik".

 

Enrike hər iki komandanın qələbəyə yaxın olduğunu da vurğulayıb: "Biz bu gün həm qalib gəlməyə, həm heç-heçəyə, həm də məğlubiyyətə layiq idik. Həqiqətən fantastik bir oyun izlədik".

 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması mayın 6-da Münhendə keçiriləcək.