Çempionlar Liqasının yarımfinalının ilk oyununda PSJ-nin "Bavariya"nı 5-4 hesabı ilə məğlub etdiyi oyunun ən yaxşısı müəyyənləşib. Sport24.az xəbər verir ki, Fransa klubunun hücumçusu Usman Dembele "matçın oyunçusu" mükafatına layiq görülüb.
Dembele münhen klubu ilə ilk görüşdə iki qol vurdu və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki.tərəflər arasında cavab qarşılaşması mayın 6-da baş tutacaq.