"Mançester Yunayted" yarımmüdafiəçisi Kobbi Maynu ilə yeni müqavilə bağlamağa yaxındır. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən futbolçu 2031-ci ilə qədər "qırmızı şeytanlar"ın formasını geyinəcək. 

 

Uzunmüddətli müqaviləyə əlavə olaraq, 21 yaşlı futbolçunun maaşında əhəmiyyətli artım olacaq. Müqavilənin rəsmi olaraq tezliklə ictimaiyyətə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Maynu bu mövsüm bütün turnirlərdə 26 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.