"Bavariya" Çempionlar Liqasının yarımfinalının ilk oyununda PSJ-yə 4-5 hesabı ilə məğlub olub. Sport24.az "Opta" statistik portalına istinadən xəbər verir ki, bu, Münhen komandası 1995-ci ilin aprelindən bəri avrokuboklarda ilk dəfə qapısında beş qol görüb.
Almaniya nəhəngi sonuncu dəfə bu acını 1994/95 mövsümündə, Çempionlar Liqasının yarımfinalında "Ayaks"la səfər görüşündə yaşayıb. Həmin matç Niderland klubunun 5-2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bundan əlavə, PSJ 2025/26 mövsümündə Çempionlar Liqasının dörd oyununda ən azı beş qol vurub ki, bu mövsüm yarışda iştirak edən digər komandalardan heç biri bunu bacarmayıb.
Qeyd edək ki. tərəflər arasında cavab oyunu gələn həftə, mayın 6-da Münhendə keçiriləcək. Bu matçın qalibi finalda "Atletiko" - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.