Madrid "Atletiko"su mövsümün sonunda "Yuventus"un hücumçusu Niko Qonsalesin transfer seçimini aktivləşdirməyəcək. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

Argentinalı hücumçu hazırda icarə əsasın Madrid klubunun formasını geyinir. Niko zədə səbəbindən üç həftə aşıl meydanlardan kənarda qalacaq. Bu səbəbdən də Qonsales müqavilənin avtomatik olaraq qüvvəyə minməsi üçün lazımi sayda oyunda iştirak edə bilməyəcək.

 

Mənbənin sözlərinə görə, bununla belə, madridlilər hücumçunu düşərgədə saxlamaq istəyir. "Atletiko" argentinalı oyunçunu daha aşağı qiymətə yenidən icarəyə götürməyi planlaşdırır. Hazırda klublar arasında bu yöndə danışıqlar davam edir. 

 

Qeyd edək ki, Qonsales bu mövsüm "Atletiko"nun heyətinə bütün turnirlərdə 37 oyun keçirib və 5 qol vurub.